Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Xiyabani haqqında nə bilirik?
    Sovet tarixşünaslığında onun hərəkatının mahiyyətini saxtalaşdıraraq bolşevik, kommunist hərəkatları ilə eyniləşdirməyə çalışıblar

    Cənubi Azərbaycan milli-azadlıq hərəkatında özünəməxsus yer tutan şəxsiyyətlərdən biri də Şeyx Məhəmməd Xiyabanidir. O, 1879-cu ildə Təbriz şəhəri yaxınlığında yerləşən Xamnə qəsəbəsində anadan olub. Xamnədəki məktəbi bitirdikdən sonra Mahaçqalada ticarətlə məşğul olan atası Hacı Əbdülhəmidin yanına gedib, az müddətdən sonra Təbrizə qayıdaraq dini elmlərini öyrənməyə başlayıb.

    Xiyabani Təbrizin tanınmış ruhanisi Əngəcinin yanında oxumuş, onun ən görkəmli tələbələrindən olaraq, müctəhidlik dərəcəsinə yüksəlib. Bundan əlavə, Xiyabani nücum, heyət və hesab elmlərini məşhur münəccim Mirzə Əbdüləlinin yanında mənimsəmiş, kəlam - islam fəlsəfəsi və ədəbiyyat üzrə məşhur alim olub.
    Şeyx Məhəmməd Xiyabani fəsahətli və gözəl danışığı ilə Təbriz əhalisinin hüsn - rəğbətini qazanmış, Təbrizdə məşhur ruhani və inqilabçı Siqətülislamın tövsiyəsi ilə Xiyaban məhəlləsində Hacı Kərim xan məscidində imam və vaiz olub.

    Siyasi fəaliyyəti

    Xiyabani öz çıxışlarında insan hüququndan və azadlıqdan danışaraq, Təbriz əhalisinin dünyagörüşünü inkişaf etdirir və həmişə deyirdi: "Haqqı verməzlər, haqqı almaq lazımdır". Həqiqətdə Xiyabani minbəri azadlıq və demokratiyanı yaymaq üçün təbliğat kürsüsünə çevirib. 1907-1911-ci illərdə Xiyabani İran totalitar və şahlıq rejimi əleyhinə hərəkatda fəal iştirak etmiş və mücahidlər sırasında mübarizə aparıb. İctmaiyyun-Amiyyun Sosial-Demokrat Partiyası onun elmi və ictimai cəhətdən yüksək dərəcəyə malik olmasını dərk edərək, Azərbaycan əyalət əncüməninə üzv seçib. Xiyabani Azərbaycan tarixində ən ağır və böhranlı zamanda inqilabi hərəkata qoşulmuş, həm daxili irticaçı qüvvələr, həm də xarici dövlətlər: Rusiya, İngiltərə, Almaniya və Osmanlı dövlətləri əleyhinə fəal mübarizə aparıb. O, Güney Azərbaycan və İran tarixində ilk dəfə Demokrat Firqəsini və demokratik rejimi yaradıb. Hətta, xarici tarixçilərin fikrincə, onun başçılıq etdiyi demokrat rejimi dövründə, qısa olsa da, Təbriz əhalisi bu kimi rifah və əmin-amanlıq görməyib. Xiyabani Tehranın Səbzə meydanında böyük mitinq təşkil edərək, müqavilə bağlayan dövlətlər və onu qəbul edən İran hökumət başçıları haqqında kəskin çıxışlar etdi. Tehranın polis başçısı Yeprem onu tutmaq istədisə də tapa bilmədi. Xiyabani Tehrandan Məşhədə, oradan Aşqabad və Bakı yolu ilə Mahaçqalaya getmiş, az müddətdən sonra Təbrizə qayıtmışdı. Xiyabani 2-ci Məclis dövründə vəkil olduğu zaman Tehranda təşkil edilmiş İran Demokrat Partiyasının üzvü olub. Xiyabani Təbrizə qayıtdıqdan sonra Təbrizdə Güney Azərbaycan Demokrat Partiyasını təşkil etmiş və gizli fəaliyyətə başlayıb. 1917-ci ildə Rusiyada inqilab olan zaman Güney Azərbaycan Demokrat Firqəsi açıq fəaliyyətə başlamış, 1917-ci il aprelin 9-da "Təcəddüd" qəzetinin ilk sayı nəşr edilmiş və aprelin 30-da Xiyabaninin "Həqiqət nur saçacaqdır" başlığı ilə ilk məqaləsi çıxıb. Orada o deyirdi: "Artıq məşrutə qanunlarını icra etmək vaxtı gəlib çatmışdır. Həqiqəti açıq demək lazımdı".  Xiyabaninin 2-ci məqaləsində deyilirdi: "Dünyada ən mürtəce və totalitar dövlət olan çar Rusiyası artıq dağılmışdır. İndi İran xalqları qanı hesabına alınmış məşrutə qanununu qoruyub icra etməlidir".  Xiyabani məşrutə qaqnununa uyğun seçkilərin həyata keçirilməsini tələb edirdi. Uzunmüddətli böhrandan sonra üçüncü məclisə İranın digər nöqtələrindən vəkillər seçilmiş, lakin Azərbaycanda hakim olan Eynüd Dövlə və mürtəce dairələr seçkilərdə təxribat törədərək, seçki vərəqələrini cırıb. Buna görə də Məclisin bu dövründə Azərbaycan vəkilləri iştirak etməmiş, Məclisin 3-cü dövrü ancaq 39 gün davam edib, uzun sürən böhran dövrü başlanmışdır. Xarici dövlətlərin əlaltısı olan Rzazadə kimi provokatorlar məşrutə və Azərbaycan Demokrat Firqəsi ədeyhinə təşəbbüs yeritməyə başladılar. 1918-ci ildə Azərbaycan Demokrat Firqəsi olduqca mürəkkəb vəziyyətdə fəaliyyətini davam etdirdi. O zaman rus qoşunları inqilab nəticəsində İrandan çıxarıldılar. Ruslar boşaldan yerləri ingils qoşunları tutdular. Rzazadə kimi ingilis casusları Təbrizə göndərildi. Digər tərəfdən, Almaniya ilə müttəfiq olan Osmanlı dövlətinin qoşunları şimal-qərb tərəfdən Azərbaycana soxuldular. Bundan əlavə, Ürmiyədə aşur və erməni silahlı dəstələri bütün şəhəri və bazarı yandırdılar.
    1920-ci il 22 iyunda Azərbaycan Demokrat Firqəsi ümumi səslə milli hökumətin quruluşu haqqında qərar qəbul etdi və Şeyx Məhəmməd Xiyabani milli hökumətin sədri seçildi. 1920-ci il iyunun 22-də hökumət başçısı kimi Xiyabani Alaqapıya köçdü. Bu, Güney Azərbaycan tarixində yaranmış ilk demokratik milli hökumət idi. " Azərbaycan" sözü yerinə bütün lövhələrdə, dövlət vərəqələrində "Azadisitan əyaləti" yazıldı. Xiyabaninin əleyhinə olan bir sıra şəxslər, o cümlədən doktor Zenəlabidin xan, Mirzə Bağır Təliə, Hüseynağa Fişəngçi ("Təbriz" qəzetinin redaktoru) , Sultanzadə və başqaları qiyam əleyhinə fəaliyyətə başlayıb, gizlincə Eynüddövlənin yanına gedirdilər. Digər bir dəstə isə alman "Kart Vispço" təşkilatının əlaltısı, "Klidi-nicat" qəzetinin redaktoru Q.Rzazadənin rəhbərliyi ilə Sosial-Demokrat Partiyası ünvanı altında Azərbaycan Demokrat Partiyası əleyhinə fəaliyyət göstərməyə başladı. Təbrizin vəziyyətini öyrənmək üçün buraya gəlmiş İngiltərə siyasi idarə rəisi Xiyabani ilə görüşərək onunla söhbətləşmiş və Azərbaycanın tələblərinin nə olduğunu soruşub. Xiyabani deyib: "Azərbaycan İranın ayrılmaz əyalətidir. Azərbaycan əhalisi öz qanları bahasına aldıqları konstitusiyanın icrasını və əməldə məşturə rejimini qoruyub, bütün ölkədə islahat aparılmasını istəyir".
    Qeyd etmək lazımdır ki, 1941-ci ildə "Azərbaycan Cəmiyyəti"nin və 1945-ci ildə Azərbaycan Demokrat Firqəsinin də istədiyi bundan ibarət idi. Azərbaycan Demokrat Firqəsi məşrutə qanununda qeyd edilmiş əyalət, vilayət, şəhər və kənd əncümənlərini həyata keçirmək və İran çərçivəsində muxtariyyət əldə etməyi qarşısına məqsəd qoymuş, qiyam qələbə çaldıqdan sonra gələcəkdə İranın respublika və Azərbaycanın İran daxilində müxtar ərazi olması fikrini irəli sürmüşdür. Xiyabani 1919-cu ilin sentyabrında demişdir: "Biz istəyirik ki, ölkədə həqiqi millət hökm sürsün, müəssisələr və idarələr milli olsun". O demişdir: "Hələlik bizdə məşrutə rejimi vardır. Bu məşrutə rejimini həyata keçirmək ilk addımdır ki, biz atmalıyıq. Biz sözü işə çevirməliyik, məşrutəni dilimizdə yox, bütün idarələrimizdə yerləşdirməliyik. Biz Təbriz şəhərindən başlayaraq tədricən bütün İranda arzularımızı yerinə yetirəcəyik".
    Xiyabani Alaqapıda milli hökumət başçısı olduqda az müddətdə Təbrizdə bir çox islahatlar aparmağa başladı. O cümlədən: jandarm təşkilatını genişləndirərək, öz başçılığı ilə Milli Qvardiya yaratdı. Məşhur azərbaycanlı maarifpərvər Əbülqasım Füyuzatı maarif rəisi təyin etdi. "Məhəmmədiyyə" və "Hikmət" adlı iki qadın məktəbi açdı. Məktəblərdə təhsilin Azərbaycan dilində keçilməsinə göstəriş verdi. Bakıdan "İttihadiyyeyi-iraniyan" məktəbindən bir neçə müəllim çağırdı. Məktəblərdə fars dilini Azərbaycan dilində öyrənməyə göstəriş verdi. Tehrandan göndərilmiş maliyyə rəisi və hakim müavini Tehrana qaytarılıb, yeni şəxslər təyin edildi. Xiyabani əyalətdə əmin-amanlığın bərpa edilməsinə çox əhəmiyyət verirdi. Təbrizə gələn xaricilər Xiyabani milli hökumətin başçısı olduğu zaman əyalətdəki yüksək dərəcədə olan əmin-amanlıq haqqında danışırdılar. Bütün idarə işləri, nəşriyyat, mitinqlər və çıxışlar türk dilində aparılırdı. Şeyx Məhəmməd Xiyabani öz xalqına və vətəninə vurğun idi. O, xalqının azadlığı və rifahla yaşaması uğrunda canını qurban verdi.

    Yaradıcılığı

    Xiyabani deyirdi: "Yad qüvvələrə arxayın olun, ancaq öz qüvvənizə güvənin. Xarici dövlətin əlaltısı olmayın, çünki onlar ancaq öz mənafeyi üçün çalışırlar". O dönə-dönə deyirdi: "Şərafətlə, namusla ölmək şərafətsiz diri qalmaqdan yaxşıdır". Xiyabani şərafətli ölümü ilə dediyinə sadiq olduğunu göstərdi. Şeyx Məhəmməd Xiyabani öz mübarizə dövründə bir çox böhranlarla üz-üzə gəlmiş, töhmətlərə məruz qalıb Tehranda nəşr edilən "İran" qəzeti Xiyabaninin 2-ci qiyamı haqqında yazırdı: "Ey azərbaycanlı, qorxuram öz Kəbənə çatmayasan, bu yol ki gedirsən, səni Türküstana çıxarar". Qəzet bununla demək istəyir ki, Xiyabani Rusiya inqilabı təsiri altına düşərək, Azərbaycanda sovet respublikasına oxşar bir respublika yaratmaq istəyir. Xiyabani "İran" qəzetinə kəskin cavab verərək demişdir: "Bizim Kəbəmiz Türküstan yox, öz vətənimizdir". Digər tərəfdən, Xiyabani xarici agentlərin də cürbəcür töhmətlərinə məruz qalmışdır. O cümlədən məşrutə inqilabı, eləcə də 1941-46-cı il inqilabi hərəkatı dövrlərində xarici dövlətlərin agenti olan "Klidi-nicat" qəzetinin redaktoru Q.Rzazadə yazırdı: "Xiyabani ingilislərdən altmış min tümən pul almışdır ki, İran Məclisində 1919-cı il İran-İngiltərə müqaviləsinə səs versin". Muxbirüssəltənə Təbrizə gəldikdə Xiyabanini biabır etmək məqsədilə o da qəzet müxbirləri qarşısında həmin töhməti təkrar etmişdir. Burada qeyd etmək lazımdır ki, Xiyabaninin ictimai, siyasi, fəlsəfi görüşləri layiqincə öyrənilməmiş və təhlil edilməmişdir.
    Şeyxi digər rəhbərlərdən fərqləndirən bir sıra cəhətlər var idi. Bu barədə  M.C.Pişəvəri yazırdı: “Rəşidlik nəzəri ilə baxsaq, Səttarxan qəhrəman imiş... Amma fikir, elm və məlumat nöqteyi-nəzərindən baxsaq, Şeyxin məqamı fövqəladə böyükdür. Səttar rəşid imiş, Şeyx o xasiyyətlərə malik olduğu halda, bir də onun alimlik məqamı var idi. Şeyx bəlkə də cəng adamı deyildi. Amma tüfəng atanları o ruhlandırırdı. Şeyxin nitqi çox qəvi, olduqca məntiqi idi. Demək olar ki, quru bir səhrada bir gülə təsadüf edirsən. Şeyx də o cür güllərdən idi”.
    Sovet tarixşünaslığında Ş.M.Xiyabani hərəkatının mahiyyətini saxtalaşdıraraq onu bolşevik, kommunist hərəkatları ilə eyniləşdirməyə çalışmışlar. Lakin hərəkatın hərəkətverici qüvvələri içərisində ziyalıların, milli tiçarət burjuaziyası, liberal mülkədarların, ruhanilərin, orta və aşağı təbəqələrin nümayəndələrinin çoxluq təşkil etməsi bu hərəkatın daha çox 1978 -1979-cu illər İran inqilabına yaxın bir hərəkat olduğunu təsdiq edir.

    Şeyx Məhəmməd Xiyabaninin ölümü

     
    Şeyx Məhəmməd Xiyabaninin ölümü haqqında onun ən yaxın dostu Hacı Şeyx Həsənəli Miyanəcinin nəvəsi belə nağıl edirdi: "Müxbirüssəltənə qiyam və qiyamçıları məhv etmək üçün Təbriz Milli Qvardiyasının rəisi Bağır xan Salarimillinin oğlu Mirzə Hüseyn xan Haşimini (sərtib Haşimi) və Təbriz kazak rəisini razı etdikdən sonra Alaqapıya hücum etməyi əmr etmiş və Xiyabaninin ölüsünü, ya da dirisini onun yanına gətirməyi istəmişdir. Onlar belə bir vaxtdan istifadə etmişlər ki, jandarm və hərbi qüvvələrin çoxu Qaradağda Əmir Ərşədlə müharibəyə göndərilmişdir və Təbrizdə hərbi qüvvələr yoxdur. Kazaklar Alaqapıya hücum etdikdə Xiyabani gizlənməyə məcbur olmuş və evinə gəlmişdir. Xiyabaninin yaxın dostlarından biri Sərtibzadə "mən gəlməyincə evdən çıxma" demişdir. Lakin o gəlməmişdir. Xiyabani dörd saat evdə gözlədikdən sonra evdən getməyi qərara almışdır".
    Şeyx Miyanəcinin nəvəsi deyir: Xiyabani bizim evə gəldikdə nağıl etdi ki, Sərtibzadə məni dörd saat müntəzir qoydu, yoxsa mən dörd saatda şəhərdən çıxardım. Xiyabani dedi ki, mən çarəni bunda gördüm ki, evin damına çıxıb, dal küçəyə düşəm. Həyat yoldaşım tüfəngimi və bir qatar patronu damdan mənə atdı və sizə gəldim.


    Hazırladı:
    Azər NURİYEV

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 538
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2025
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    İyul.2025
    .......
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031