İstanbulda İƏT-ə üzv ölkələrin xarici işlər nazirlərinin fövqəladə toplantısı keçiriləcək
Avqustun 17-də İstanbulda İslam Əməkdaşlıq Təşkilatına (İKT) üzv ölkələrin xarici işlər nazirlərinin fövqəladə toplantısı keçiriləcək. “KƏLAMİNFOâ€� xəbər verir ki, toplantı Somali hökumətinin çağırışı və Türkiyə xarici işlər naziri Əhməd Davutoğlunun dəvəti ilə gerçəkləşəcək.
İƏT-in baş katibi Ekmələddin İhsanoğlunun da qatılacağı İƏT İcra Komitəsi 2006-cı ildən sonra ilk dəfə Ciddədən kənarda – İstanbulda toplanacaq.
Somali prezidenti Şeyx Şərifin də qatılacağı iclasda fəlakət bölgəsinə yardımların göstərilməsi məsələləri müzakirə ediləcək.