Xaqani Şirvaninin vəfatının 810 illiyi ilə əlaqədar milli seminar keçiriləcək
Dekabrın 11-də dahi Azərbaycan şairi Əfzələddin Xaqani Şirvaninin vəfatının 810 illiyi və “Bakı- İslam mədəniyyətinin paytaxtıâ€� tədbirlər planına əsasən M. F. Axundov adına Milli Kitabxanada şairin yaradıcılığına həsr olunan milli seminar keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən veriblər.
Tədbir İSESKO-nun Regional Mərkəzi, Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi və Milli Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə təşkil ediləcək.
Seminarın sədri AMEA-nın Ədəbiyyat İnstitutunun direktoru, akademik Bəkir Nəbiyev olacaq.
Tədbiri giriş sözü ilə nazir müavini Ədalət Vəliyev açacaq.
Seminarda akademik Vasim Məmmədəliyev Əfzələddin Xaqani yaradıcılığında “Mədain xərabələriâ€� poeması ilə bağlı məruzə ilə çıxış edəcək.