Ziyafət Əsgərov: “Azərbaycan ordusunun döyüş qabiliyyəti istənilən təcavüzkara ən yüksək səviyyədə cavab verməyə qadirdirâ€�
Azərbaycan ordusunun döyüş qabiliyyəti istənilən təcavüzkara ən yüksək səviyyədə cavab verməyə qadirdir. KƏLAMİNFO xəbər verir ki, bu fikirləri Milli Məclisin Təhülükəsizlik və Müdafiə Komitəsinin sədri, vitse-spiker Ziyafət Əsgərov Gənc Tamaşaçılar Teatrında “Cəmşid Naxçıvanski adına Hərbi Lisey Heydər Əliyevin monumental hərbi abidəsidirâ€� mövzusunda keçirilən tədbirdə bildirib.
Azərbaycanda ordu quruculuğuna prezident İlham Əliyev tərəfindən də böyük diqqət yetirildiyini vurğulayan Z.Əsgərov qeyd edib ki, bu barədə ölkə ictimaiyyəti, o cümlədən gənclər məlumatlı olmalıdır. “Gənclər vətənpərvər olmalıdırlar. Azərbaycanın hüquqi dövlət qurucuları olan gənclər ölkəmizin ordusu, iqtisadiyyatı, siyasəti haqqında çox geniş bilgiyə malik olmalıdırlarâ€�,-deyə vitse-spiker vurğulayıb.
Z. Əsgərov Azərbaycanda ordu quruculuğunun ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu da nəzərə çatdırıb.