Fransa prezidenti Nikola Sarkozinin oktyabr ayında Azərbaycana səfərə gələcəyi gözlənilir. “KƏLAMİNFOâ€� “Armenia Todayâ€� qəzetinə istinadən xəbər verir ki, Fransa prezidenti öncə Gürcüstana səfər edəcək, sonra Ermənistana, oradan isə Azərbaycana gələcək. Ermənistana səfər oktyabrın 7-9-na planlaşdırılıb.
Fransanın ATƏT-in Minsk Qrupunun Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə həmsədri olduğunu nəzərə alaraq, səfər çərçivəsində müzakirə olunan əsas məsələlərdən birinin Dağlıq Qarabağ münaqişəsinin həlli yolları olacağı gözlənilir.