“ABŞ-ın apardığı hərbi kampaniyadan ən çox xeyir götürən İran olubâ€�
“Artıq aydın olur ki, ABŞ-ın Əfqanıstan və İraqda apardığı hərbi kampaniyadan ən çox xeyir götürən İran olubâ€�. “KƏLAMİNFOâ€� xəbər verir ki, bu barədə politoloq Mübariz Əhmədoğlu özünün aylıq hesabatında bildirib. O qeyd edib ki, ABŞ-ın, NATO-nun Əfqanıstandan və İraqdan qoşunları çıxarması məsələsi qərbpərəst siyasi mərkəzlərdə kifayət qədər ciddi müzakirə olunur. “Qərb siyasi mərkəzləri bu məsələni daim diqqətdə saxlayır. Məsələ ondadır ki, hazırda Əfqanıstandakı daxili vəziyyət İranı qane edən hala düşüb. ABŞ sanki İranın qonşuluğunda iki dövlətdə şiələrin mövqeyini möhkəmlədibâ€� - deyə M.Əhmədoğlu vurğulayıb. Politoloq deyir ki, ABŞ qoşunlarının bu ölkələri tərk edəcəyi təqdirdə İranın hər iki ölkəyə və regiona təsiri kifayət qədər artacaq.