Nuşirəvan Səfərov: 2-ci dəfə avtoxuliqanlığa görə saxlanılanları həbs gözləyir
Avtoxuliqanlara qarşı görülən tədbirlər günbəgün sərtləşdirilir. “KƏLAMİNFOâ€� xəbər verir ki, bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin rəisi Nuşirəvan Səfərov deyib.
Onun sözlərinə görə, artıq 2-ci dəfə avtoxuliqanlığa görə saxlanılanları həbs-qəti imkan tədbiri gözləyir. “Belə hallarda 15 sutka həbs-qəti imkanı, sürücülük hüququndan məhrum olma, cərimələnmələr qanunvericilikdə nəzərdə tutulub. Avtoxuliqanlar hətta həm sürücülük hüququndan məhrum olunur, eyni zamanda cərimələnirâ€�,-deyə o əlavə edib.