Azərbaycanda temperatur iqlim normasından kifayət qədər yüksək olacaq
Azərbaycanda avqust ayında havanın orta aylıq temperaturunun iqlim normasından yüksək olacağı gözlənilir. Bu barədə məlumatı “KƏLAMİNFOâ€�ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən veriblər.
Yağıntıların da ay ərzində Respublika ərazisində qeyri-bərabər paylanması gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər çox olacağı ehtimal olunur. Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 27-28 dərəcə isti (gecələr 19-24, gündüzlər 30-35 dərəcə isti, ayrı-ayrı günlərdə 38-42 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasından 1-2 dərəcə yüksəkdir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 4-7 mm) olacağı gözlənilir.
Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun 26-28 dərəcə isti (gecələr 18-23, gündüzlər 30-35 dərəcə isti, ayrı-ayrı günlərdə 38-44 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 6-10 mm) olacağı gözlənilir. Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy zonalarında orta aylıq temperaturun 18-20 dərəcə isti (gecələr 11-16, gündüzlər 20-25 dərəcə isti, ayrı-ayrı günlərdə 29-36 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasından yüksəkdir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 32-55 mm) bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir. Qazax-Gəncə, Goranboy, Tər-Tər, Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl zonalarında orta aylıq temperaturun 25-26 dərəcə isti (gecələr 18-23, gündüzlər 30-35 dərəcə isti, ayrı-ayrı günlərdə 37-41 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 19-24 mm), bəzi yerlrədə isə bir qədər çox olacağı gözlənilir. Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Xızı, Siyəzən, Şabran, Quba-Qusar-Xaçmaz zonalarında orta aylıq temperaturun 23-25 dərəcə isti (gecələr 16-21, gündüzlər 27-32 dərəcə isti, ayrı-ayrı günlərdə 34-37 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1-2 dərəcə yüksəkdir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 17-116 mm), bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir. Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında orta aylıq temperaturun 26-28 dərəcə isti (gecələr 19-24, gündüzlər 32-37 dərəcə isti, ayrı-ayrı günlərdə 40-44 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 6-22 mm) olacağı gözlənilir. Masallı-Lənkəran-Astara, Lerik-Yardımlı zonalarında isə orta aylıq temperaturun 25-27 dərəcə isti (gecələr 18-23, gündüzlər 29-34 dərəcə isti, ayrı-ayrı günlərdə 36-340 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 13-83 mm) olacağı gözlənilir.