Analoq televizorların ölkəyə gətirilməsi qadağan olunacaq
Yaxın il yarım ərzində Azərbaycanda analoq sistemlə işləyən televizorların idxalına qadağa qoyulacaq. “KƏLAMİNFOâ€� xəbər verir ki, bu barədə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov jurnalistlərin suallarını cavablandırarkən deyib. Onun sözlərinə görə, analoq yayımdan rəqəmsal yayıma keçid bütün dünyada 2015-ci ilə qədər yekunlaşmalıdır. Nazir bildirib ki, bu barədə Ümumdünya Yayım İttifaqının şərtlərində də öz əksini tapıb: “Bununla əlaqədar olaraq da analoq yayım televizorların idxalı və istehsalı dayandırılacaq. Azərbaycanda bu prosesə keçid 2013-cü ilin ilk yarısında başa çatacaq. Artıq hökumət müvafiq qərar qəbul edib və proqram təsdiqlənib. Analoq yayımın dayandırılması ilə əlaqədar analoq televizorların da idxalı dayandırılacaqâ€�.