Qəbul imtahanlarında ən yüksək nəticə göstərən abituriyentlərin adı məlum olub
Bu il ali məktəblərə qəbul imtahanlarında respublika üzrə 4 məzun ən yüksək nəticə əldə edib. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən “KƏLAMİNFOâ€�ya verilən məlumasta görə, 700 bal toplayanların hamısı İdarənin tabeçiliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin məzunlarıdır. Həmin şagirdlər 287 saylı “Zəkalar liseyiâ€�nin məzunu Əliyev Əli, 299 saylı orta məktəbin məzunu Xavər Feyzullayeva, 169 saylı məktəbin məzunu Ləman Məmmədova və 263 saylı məktəbin məzunu Cahandar Camallıdır.