Qafqaz Müsəlmanları İdarəsinin yeni Nizamnaməsi təsis ediləcək
Hazırda Azərbaycanda 520 dini icma fəaliyyət göstərir. Bu barədə məlumatı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov verib. “KƏLAMİNFOâ€�nun məlumatına görə, H.Orucov, həmçinin bildirib ki, qeydiyyatdan keçməsi üçün 219 dini icmanın sənədləri Qafqaz Müsəlmanları İdarəsi tərəfindən DQİDK-yə təqdim edilib. Onun sözlərinə görə, məsləhətləşmələrdən sonra həmin dini icmaların sənədlərinə baxılacaq.
Bu günlərdə Mili Məclis tərəfindən “Dini etiqad azadlığıâ€� haqqında qanuna bəzi dəyişikliyin edildiyini xatırladan H.Orucov onu da açıqlayıb ki, QMİ-nin yeni Nizamnaməsi təsis ediləcək.