Medvedyev Soçidə növbəti görüşün keçirilməsinə çalışır
Rusiya prezidenti Dmitri Medvedyev Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün keçirilməsi üçün ciddi səy göstərir. Bu barədə ermənilərə məxsus “Jamanakâ€� qəzeti məlumat yayıb. “KƏLAMİNFOâ€� qəzetə istinadən xəbər verir ki, Qarabağ üzrə sənədin imzalanması üçün Rusiya prezidenti çox yaxın zamanlarda Soçidə növbəti görüşün keçirilməsinə çalışır. Görüşdə ABŞ və Fransa prezidentlərinin iştirak edib-etməyəcəyinə gəldikdə, qəzet yazır ki, bu, bir sıra məsələlərin necə həyata keçiriləcəyindən asılı olacaq.