Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçiâ€� layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyadaâ€� layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    “Azərbaycan elmi və gənclik: reallıqlar, perspektivlər və təkliflərâ€� mövzusunda geniş elmi konfrans keçirilib
    Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətində (AMEA) ölkədə “Gənclik və elm həftəliyiâ€� çərçivəsində AMEA, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Azərbaycan elmi və gənclik: reallıqlar, perspektivlər və təkliflərâ€� mövzusunda geniş elmi konfrans keçirilib. KƏLAMİNFO xəbər verir ki, konfransda AMEA Gənclərin İntellektual Mərkəzinin sədri İlqar Orucov bildirib ki, “Gənclik və elm həftəliyiâ€� və onun çərçivəsində keçirilən tədbirlər “Azərbaycan Gəncliyi Dövlət Proqramıâ€�na müvafiq həyata keçirilir.

    O, qeyd edib ki, bu kimi tədbirlərin əsas məqsədi gənc alim və tədqiqatçıların elmi məhsullarının - monoqrafiyalar, patentlər, layihələr, təkliflər və s. geniş ictimaiyyətə təqdim edilməsidir. İ.Orucov vurğulayıb ki, hazırda ölkədə 1500 elmlər doktoru və 8000 elmlər namizədi olmasına baxmayaraq, ümumi göstəricilərə görə Azərbaycan alimlərin sayına görə MDB ölkələri arasında axrıncı yerlərdən birini tutur. Gənc tədqiqatçıların elmi müdafiələrinə və alimlik dərəcələrinin alınmasına daha geniş imkan yaradılmasına ehtiyac olduğunu diqqətə çatdıran İ.Orucov bu sahədə bir sıra tədbirlərin həyata keçirilməsinə zərurət yarandığını söyləyib. O, ölkə başçısının elmə olan diqqətli qayğısını nəzərə çatdıraraq bu kimi tədbirlərlə əhatə olunan “Gənclik və elm həftəliyiâ€�nin AMEA tərəfindən müvafiq olaraq hər il keçiriləcəyini bildirib. İ.Orucov həftəliyin növbəti mərhələsi olaraq sabah Quba tarixi-arxeoloji məzarlığına səfər və “Gənc alimlərin Quba Regional Elmi seminarıâ€�nın və dekabrın 11-i Bakıdakı Tarix Muzeyində “Yeni nəsil Azərbaycan arxeoloqlarının tədqiqatlarıâ€� adlı sərgi-konfransın da keçiriləcəyini bildirib. Konfransda çıxış edən AMEA-nın prezidenti Mahmud Kərimov ölkədə gənclər üçün elm həftəliyinin keçirilməsini dövlətimizin gənc alimlərə diqqətinin artması kimi xarakterizə edib. Onun sözlərinə görə, gənc alimlərin elmi fəaliyyətləri daim dövlətin və AMEA-nın diqqət mərkəzindədir. Gənclər və İdman Nazirliyinin sektor müdüri Elşən Həsənov isə təmsil etdiyi qurumun gənc tədqiqatçılara daim dəstək verdiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, təkcə son bir il ərzində Gənclər və İdman Nazirliyinin dəstəyi ilə 25-dən çox gənc alim xarici dövlətlərdə keçirilən beynəlxalq konfranslarda Azərbaycanı təmsil edib. Xatırladaq ki, “Gənclik və elm həftəliâ€�yi çərçivəsində Qubada və Bakıda keçiriləcək növbəti tədbirlərdə AMEA-nın Rəyasət Heyətinin üzvləri, institut rəhbərləri ilə yanaşı, gənclər və idman naziri Azad Rəhimov, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov və Milli Məclisin bir sıra gənc deputatları iştirak edəcək.

        Âêîíòàêòå Ìîé Ìèð ß.ðó Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 881
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2026»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Noy.2026
    Ïí.Âò.Ñð.×ò.Ïò.Ñá.Âñ.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30