Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) daha 3 dini icmaya dövlət qeydiyyatından keçmək haqqında şəhadətnamə və dini qurumların dövlət reyestrindən çıxarış sənədlərini verib. Bu barədə məlumatı “KƏLAMİNFOâ€�ya DQİDK-dən veriblər.
Bunlar Şəki şəhər Aydınbulaq kəndi “Hacı Mir Ələkbərağaâ€� məscidi dini icması, Salyan şəhəri “Mirəşrəf ağaâ€� məscidi dini icması və “Roma-Katolik Kilsəsinin Apostol Prefekturasıâ€�dır.
Qeyd edək ki, bu vaxta qədər DQİDK-də 513 dini icma dövlət qeydiyyatından keçib. Qeydiyyata alınan icmalar həm islam, həm də qeyri-islam təmayüllüdür.
Xatırladaq ki, 2009-cu ildə “Dini etiqad azadlığı haqqındaâ€� qanuna edilən əlavə və dəyişikliklərdən sonra ölkəmizdə fəaliyyət göstərən dini icmaların yenidən dövlət qeydiyyatına alınması başlayıb.