Almaniya kansleri Angela Merkel Avrozona ölkələri ilə bağlı açıqlama verib. “KƏLAMİNFOâ€�nun məlumatına görə, öz ölkəsinin KİV-lərinə danışan kansler hesab edir ki, bəzi avrozona ölkələrinin borc problemləri vahid Avropa valyutası üçün təhlükə deyil.
“Avro böhranı yoxdurâ€� deyən Merkelin fikrincə, hazırda yalnız ayrı-ayrı ölkələrə münasibətdə böhran barəsində danışmaq olar: “Biz avronun sabit valyuta olması üzərində çalışırıq. Ümumavropa pul vahidi Almaniyaya çox lazımdır. Avro Avropa eyniliyinin bir hissəsidirâ€�.
Merkel Yunanıstanın borcunun restrukturizasiyasını artıq istisna etməyib və eyni zamanda bunun arzuolunmayan ssenari olduğunu vurğulayıb. O, əmin olduğunu bildirib ki, avrozona ölkələrinin iyulun 21-nə nəzərdə tutulmuş növbədənkənar zirvə görüşündə Yunanıstana yardım göstərilməsi məsələsində yekdillik əldə ediləcək: “Yalnız konkret nəticələrin əldə edilməsinin mümkün olacağı təqdirdə həmin danışıqlara qatılacağamâ€�.
ABŞ-ın reytinq agentliklərinin fəaliyyətinə toxunan A.Merkel vurğulayıb ki, problem agentliklər deyil, borclardır, lakin böhranlı anlarda bu qurumlar problemi daha da ağırlaşdırırlar.
Kansler Avropa Reytinq Agentliyinin yaradılması arzusunda olduğunu da gizlətməyib.