Allahşükür Paşazadə: “Əfqanıstanda vurulan Azərbaycan təyyarəsi ilə bağlı müraciət etməmişikâ€�
“Əfqanıstanda vurulan Azərbaycan təyyarəsinə görə “Talibanâ€� Əfqanıstan hökumətində təmsil olunmadığından, bu məsələ ilə bağlı Qafqaz Müsəlmanlar İdarəsi hələ ki müraciət etməyibâ€�. “KƏLAMİNFOâ€� xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında QMİ-nin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə bildirib.
O, qeyd edib ki, QMİ təyyarədə həlak olanların meyitlərinin Azərbaycana gətirilməsinə şərait yaradılması üçün hələ bu ölkənin hökumətinə müraciət ünvanlamayıb və dövlət səviyyəsində bunun həllinin mümkün olduğu üçün buna ehtiyac da görmür.
Qeyd edək ki, iyulun 6-na keçən gecə Azərbaycanın “Silk Wayâ€� aviaşirkətinin İL-76 4K-AZ 55 yük təyyarəsi Əfqanıstanda qəzaya uğrayıb. Təyyarədə 9 ekipaj üzvündən 5-i Azərbaycan vətəndaşı, digər ekipaj üzvləri isə Özbəkistan vətəndaşları olublar. Təyyarənin “Talibanâ€� hərəkatı tərəfindən vurulması bildirilir.