Səhiyyə Nazirliyinin “Qaynar xəttâ€� xidmətinə (565-12-64; 595-40-15; 595-35-39) 2011-ci il iyun ayı ərzində 734 müraciət daxil olub. Bu barədə məlumatı “KƏLAMİNFOâ€�ya Səhiyyə Nazirliyinin mətbuat xidmətindən veriblər.
Daxil olan müraciətlərin 420-si şikayət, 194-ü sorğu xarakterli olub, 37-si aidiyyəti üzrə deyil, 83-ü isə cari problemlərlə bağlı olub.
“Qaynar xəttâ€� xidmətinə daxil olan bütün müraciətlər mütəxəssislər tərəfindən dinlənilir, qeydə alınır və araşdırılır. Bu günə kimi daxil olan bütün şikayətlər barədə müvafiq tədbirlər görülüb.