Elnur Aslanov: “Azərbaycan diasporu təşkilatlanma mərhələsini çox uğurla keçibâ€�
“Azərbaycan diasporu vahid bir mərkəzdən çıxış edə bilən, konkret əməllərlə bir çox ölkələrdə fəaliyyətini həyata keçirən bir quruma çevrilibâ€�. “KƏLAMİNFOâ€� xəbər verir ki, bunu jurnalistlərə Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov verib. O bildirib ki, prezident İlham Əliyevin qurultaydakı çıxışı diaspor fəaliyyətinin gələcək mərhələləri üçün strategiyanı müəyyən edə biləcək: “Cənab prezidentin çıxışından irəli gələn tezisləri xaricdə yaşayan azərbaycanlılar gələcək fəaliyyət strategiyası kimi qiymətləndirəcəklər.
Son 10 il ərzində Azərbaycan diasporu təşkilatlanma mərhələsini çox uğurla keçibâ€�.
Şöbə müdiri bəyan edib ki, Dünya Azərbaycanlılarının III Qurultayı Azərbaycan diaspor təşkilatlarının fəaliyyətinin təkmilləşdirilməsi, Ermənistan-Azərbaycan münaqişəsi barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində konkret işlərin görülməsi üçün müəyyən strategiyanın hazırlanmasına xidmət edəcək. O qeyd edib ki, 50 milyonu təmsil edən azərbaycanlıların hamısı qurultayda iştirak edir: “Qurultayda Azərbaycanın ümumi maraqlarına xidmət edəcək və koordinasiyanı müəyyənləşdirəcək müzakirələr aparacaqlarâ€�.