Leonardo da Vinçinin əsrlərdir axtarılan məşhur əsəri tapılıb
Məşhur renasans rəssamı Leonardo da Vinçiyə aid olduğu düşünülən və əsrlərdir axtarılan rəsm əsəri tapılıb. Sənət tarix alimləri “Dünyanın xilaskarıâ€� (Savior of the World) olaraq adlandırılan rəsm əsərinin Leonardo da Vinçiyə aid olduğunu təsdiqləyib.
Qeyd edək ki, məşhur rəssamın Həzrət İsanın (ə) rəsmini canlandırdığı tablonun ilk sahibi İngiltərə Kralı I Charlesdən II Charlesə keçib. Əsərin XVII-XIX əsrlərdə kimdə olduğu isə hələ də məlum olmayıb.
Xatırladaq ki, Leonardo da Vinçinin sözügedən tablosu indi ABŞ-ın Nyu-York şəhərində yerləşən Metropolitan Muzeyində sərgilənən eksponatlar arasındadır.