RİTN rəsmisi: “Azərbaycanda son 6 il ərzində özəl poçt sektoru 5 dəfə inkişaf edibâ€�
“Regionlarda dövlət poçt operatoru ilə yanaşı, özəl poçt operatorları da fəaliyyət göstərirâ€�. Bu barədə məlumatı “KƏLAMİNFOâ€�ya Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin poçt sektorunun müdiri Novruz Məmmədov verib.
Onun sözlərinə görə, nazirlik tərəfindən 33 özəl şirkətə poçt xidməti göstərmək üçün lisenziya verilib. “Hal-hazırda bu poçt şirkətlərindən “Röyal Expressâ€�, “Ase Skypeâ€� və DHL regionlarda da fəaliyyət göstərirâ€�,-deyə N.Məmmədov vurğulayıb.
Azərbaycanda poçt bazarının liberal olduğunu bildirən N.Məmmədov 6 il ərzində özəl poçt sektorunun 5 dəfə inkişaf etdiyini qeyd edib.