Azərbaycanın Ukraynadakı səfirliyi bu ölkənin Xarici İşlər Nazirliyinə “İnterâ€� kanalında Dağlıq Qarabağ haqqında göstərdiyi filmə görə nota verib. KƏLAMİNFO xəbər verir ki, Ukrayna telekanalı olan “İnterâ€� Dağlıq Qarabağ haqqında antiazərbaycan fikirləri olan film nümayiş etdirib.
Azərbaycanın Ukraynadakı səfirliyinin mətbuat xidmətindən verilən məlumata görə “İnterâ€� müstəqil kanaldır və o Ukraynanın rəsmi mövqeyini əks etdirmir. Azərbaycan səfirliyi Dağlıq Qarabağ haqqında gedən filmlə bağlı araşdırmalar aparır. Məsələ ilə bağlı Ukraynanın Xarici İşlər Nazirliyinə və “İnterâ€� telekanalına müraciət ünvanlanacaq.
Xatırladaq ki, “İnterâ€� kanalından əvvəl Euronews Dağlıq Qarabağ haqqında antiazərbaycan fikirli film nümayiş etdirmişdi.