Məleykə Abbaszadə: Orta məktəbi qızıl medalla bitirən məzunlara heç bir güzəşt olmayacaq
“Bu gün Azərbaycanın “Təhsil haqqındaâ€� qanunda güzəştlə bağlı heç nə yoxdur və ona görə də orta məktəbi qızıl və gümüş medalla bitirən məzunlara ali məktəblərə qəbul imtahanlarında heç bir güzəşt olmayacaqâ€�. “KƏLAMİNFOâ€� xəbər verir ki, bu barədə bu gün keçirdiyi mətbuat konfransında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bildirib.
Onun sözlərinə görə, Təhsil Nazirliyinin qiymətləndirmə meyarları özünü təsdiqləsə və məzunların attestatdakı qiymətləri onların real biliklərini əks etdirsə TQDK ali məktəblərə qəbul qaydalarını dəyişdirəcək. “O zaman təkcə medal alanlar yox, ümumiyyətlə bütün abituriyentlər üçün ali məktəblərə qəbul mərhələsində orta məktəbdə əldə etdiyi nailiyyətlər hesablanacaqâ€�,-deyə M.Abbaszadə vurğulayıb. O, əlavə edib ki, artıq TQDK bununla bağlı müvafiq işlər də aparır.