“Mozalanâ€� kinojurnalı üçün ssenari müsabiqəsinin qalibləri müəyyənləşib
“Mozalanâ€� kinojurnalı üçün ssenari müsabiqəsinin qalibləri bəlli olub. Mədəniyyət və Turizm Nazirliyindən “KƏLAMİNFOâ€�ya verilən məlumata görə, müsabiqənin əsas məqsədi “Mozalanâ€� kinojurnalına ictimai diqqəti artırmaq, onun süjetlərini müasir həyatın tələblərinə cavab verən mövzularla zənginləşdirmək və kino-dramaturgiyanın bu növünə yeni qüvvələr cəlb etmək olub.
Xatırladaq ki, nazirliyin 2011-ci il mayın 1-dək keçirdiyi müsabiqədə professional kino-dramaturqların və digər müəlliflərin müasir həyatımızın problemlərini əks etdirən, 2-4 dəqiqəlik bədii süjet üçün nəzərdə tutulan ssenariləri təqdim olunub. Müsabiqəsinin münsiflər heyətinin qərarına əsasən “Mozalanâ€� kinojurnalı üçün ssenari müsabiqəsinin üç qalib ssenarisi təsdiq edilib. 1-ci yerə Rüfət Məlikovun yazdığı “Ağıllıâ€� və ya “Nağdsız haqq-hesabâ€�, 2-ci yerə Elçin Musaoğlunun “Liftâ€�, 3-cü yerə isə Lalə Abbasovanın qələmə aldığı “Heyvanlar aləminə səyahətâ€� ssenariləri layiq görülüb.
Qeyd edək ki, Münsiflər Heyətinin müəyyən etdiyi qalib ssenarilər “Mozalan studiyasında çəkildikdən sonra onların müəlliflərinə mükafat olaraq qonarar veriləcək.