Azərbaycan və ABŞ prezidentləri arasında telefon danışığı olub
Amerika Birləşmiş Ştatlarının prezidenti Barak Obama Azərbaycan prezidenti İlham Əliyevə telefonla zəng edib. “KƏLAMİNFOâ€� xəbər verir ki, telefon söhbətində ABŞ Prezidenti Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Kazanda keçiriləcək görüşü zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində münaqişə tərəfləri üçün həlledici addımın atılmasının önəmli olduğunu bildirib, münaqişənin Helsinki prinsipləri - güc işlətməmək, ərazi bütövlüyü, bərabər hüquqlar və öz müqəddəratını təyinetmə prinsipləri əsasında həll edilməsinin vacibliyini qeyd edib.
Söhbət zamanı ikitərəfli münasibətlər və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.