Əli Həsənov: “Sərhədlər açılsa, azərbaycanlılar İrəvanda yaşaya bilərâ€�
İrəvanın Azərbaycan torpağı olduğunu iddia etməsək də, vətəndaşlarımızın orada yaşadığını iddia edirik. “KƏLAMİNFOâ€� xəbər verir ki, bu sözləri baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib. Onun sözlərinə görə, ümummilli lider Heydər Əliyevin 2005-ci ildə verdiyi Fərmana əsasən 1988-ci ildə Ermənistandan Azərbaycana gələn qaçqınlara Azərbaycan vətəndaşlığı verilsə də, onların üzərində qaçqın statusu saxlanılır. “Əgər sülh prosesi bərpa olunsa, yəni sərhədlər açılacağı təqdirdə azərbaycanlılar İrəvanda yaşaya bilərâ€�,-deyə Ə.Həsənov vurğulayıb. O, əlavə edib ki, həmin şəxslər Azərbaycan vətəndaşlığı hüququ alsalar da, Ermənistan qaçqınları hesab olunurlar.