İran İslam Şurası Məclisinin sədri Azərbaycana gəlir
İran İslam Şurası Məclisinin sədri Seyid Əli Laricani iyunun 30-da Azərbaycana rəsmi səfər edəcək. Azərbaycanın Tehrandakı səfirliyindən “KƏLAMİNFOâ€�ya verilən məlumata görə, səfər Milli Məclisin sədri Oqtay Əsədovun dəvəti əsasında həyata keçiriləcək.
Səfər iki gün davam edəcək. Səfər zamanı Əli Laricani Bakıda bir sıra rəsmi görüşlər keçirəcək.