Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    ...Eşq - Allaha qovuşmağın gözəlliyidir...
    Britaniya Krallığının tanınmış simalarından olan Şahzadə Çarls zamanında İngiltərə vətəndaşlarına etdiyi müraciətlərinin birində islam dininin bir çox qanunundan faydalanmağı xalqına tövsiyə etmişdi.

    Şahzadəyə görə, insanlar öz aralarında münaqişələri aradan qaldırmaq xətrinə, arzu edilən, təməli möhkəm, demokratik prinsiplərə söykənən ailələr qurub qorumaq üçün və adamları yolundan azdıran zərərli qidalardan könüllü imtina etmək naminə mütləq Tanrının ali qanunlarından faydalanmalı, səmavi kitablardan ruhi, mənəvi güc almalıdır.

    İslam dini və müqəddəs kitab olan “Quran”ın əsas prinsipləri, məqsədlərindən biri isə qürurlu, şərəfi və imanıyla insanların sevgisini qazanan hər bir şəxsin necə Tanrının sevimlisinə çevriləcəyini, həmçinin maddi və mənəvi dünyasını qazanan birisi olacağını göstərməkdir. İslam dini həm də özündən əvvəlki dinlərin, peyğəmbərlərin, dini proseslərin təsvir edildiyi həqiqi bir tarixdir. Sonuncu və mükəmməl dinin konstitusiyası ancaq ilahi qanunlar əsasında tənzimlənir, yəni burada haqqı tapdanan, yaxud unudulan yoxdur, hətta adı bilinməyən şəxslər haqqında (qonşulara, kasıblara maddi və mənəvi yardım və s.) məsuliyyəti də situasiyaya görə adı hallanan hansısa bir dövlət, tayfa və yaxud hökmdar, dini lider, tanınmışlar daşıyır.
    “Quran” bizə dininə, dilinə, dərisinin rənginə görə kimsəyə fərq qoymamağı, bütün insanlara qardaş gözüylə baxmağı buyurur.  Süleyman peyğəmbər, Nuh Nəbi haqqında, eyni zamanda xristianlığın tarixi və Həzrət Yaqub, Həzrət Musa, Məryəm oğlu Həzrət İsa Məsih barədə də həqiqətləri ancaq peyğəmbərlərin bizlərə əmanət qoyub getdiyi müqəddəs kitablardan, “Tövrat”dan, “Zəbur”dan, “İncil”dən, həm də “Quran”dan öyrənirik.
    Müsəlmanların müqəddəs kitabında ən çox adı çəkilən peyğəmbər isə Tanrının qüdrətiylə göylərə çəkilən (qeybə çəkilən dörd peyğəmbərdən biri) Həzrəti İsadır və təsadüfi deyil ki, surələrin biri də “Məryəm” adlanır. Beləliklə, Allahın elçisinin başına gələnlər, sonra İsa Ruhullahın qeybi barədə ən müfəssəl məlumatı da “Qurani-Kərim”dən almış oluruq. Əksər din tədqiqatçısının, alimlərin, ruhanilərin mülahizələrinə, iddialarına görə, əsrlərlə barəsində həmişə mübahisəli fikirlər söylənən, “Barnabas İncili” adlanan müqəddəs kitab əslində “İncil”in orijinal nüsxəsidir. Maraqlıdır ki, məhz bu “İncil” “Quran”ın İsa peyğəmbər haqqında yazdıqlarını təsdiqləyən yeganə nüsxədir. Bu kitabda Həzrəti İsanın dilindən sonuncu peyğəmbərin bəzi nişanələrindən xəbər verilir: “...Sizdən bir neçə il sonra, kitabımın hökmlərinə əməl edilməyəcəyi, ancaq otuza qədər möminin qalacağı bir zamanda peyğəmbər gələcək. Bu zaman Allah dünyadakılara acıyacaq və buna görə elçisini göndərəcək; (elçisinin) üzərində bir bulud duracaq...”.
    Şagirdi Aridreasın suallarını cavablandıran xristian peyğəmbəri Həzrət Məhəmməd (s) haqqında söz açır, onun işarələrini söyləyir və İsa öz həvarilərini belə sevindirir: “Mən sizi Əhməd adlı peyğəmbərlə müjdələyirəm”. İslam tarixi və Həzrəti Məhəmmədin (s) həyatından bəhs edən əsərlər, mənbələr də bir daha sübut edir ki, “Barnabas İncili” adlanan bu kitab orijinal nüsxəyə daha yaxındır. İsanın Allahın oğlu olmadığı “İncil”in bu mətnində, eləcə də “Quran”da öz təsdiqini tapır, həmçinin nəzərə alsaq ki, hələ peyğəmbərliyindən öncə, uşaq yaşında Məhəmmədin Tanrı elçisi olduğunu ilk dəfə söyləyən xristian keşişi olub və o bunu “İncil”də təsvir edilən işarələrlə, dəlil-sübutlarla əlaqələndirib.
    XXI əsr müasir dünyasında baş verənlər, əldə edilən bir çox uğurlar, uğursuzluqlar, dini-etnik münaqişələr, paranomal hadisələrin artması, təbii fəlakətlər insanların ilahi inancı haqqında təsəvvürlərini, müxtəlif dinlərə yanaşma tərzini getdikcə dəyişir. Qlobal dünyada baş verənləri həm də sülh məramlı, mənəvi məsuliyyətini hiss edən vətəndaş cəmiyyətlərinin dəstək verdiyi dini proseslərin ümidverici növbəti uğurlu mərhələsi təki qiymətləndirmək olar. Artıq dünya vətəndaşları süni şəkildə durdurulan bu böyük prosesin, təkamülün qarşısıalınmaz olduğunu anlayırlar.
    Son illər müxtəlif ölkələrin dini liderlərinin sülh və barışıq missiyası daşıyan səfərləri, beynəlxalq münaqişələrə göstərdikləri ruhani dəstəkləri, müharibə gedən ərazilərdə keçirilən tədbirlər, görüşlər bir daha bütün dinlərin və dindarların eyni prinsipdən, məqsəddən çıxış etdiklərini göstərir - sülh və qardaşlıq. Son illər Vatikanın və Roma Papasının nüfuzu dairəsində görülən bir çox iş, katolik nümayəndələrinin Şərq ölkələrinə, eləcə də İrana dostluq səfəri, müsəlman dindarların yəhudi icmaları və sinaqoqla, pravoslav kilsəsinin nümayəndələriylə keçirdiyi müxtəlif görüşlər, yığıncaqlar, eləcə də Azərbaycanda reallaşan din və demokratiya mövzusunda seminarlar, tədbirlər, dünya dindarlarının yığıncağı  sevindirici nəticələrin əldə olunduğunu sübut edir.
    Əsrlərlə Şərq mədəniyyətinin, İslam sivilizasiyası tarixinin hərtərəfli öyrənilib tədqiq edildiyi İngiltərədə yenidən insanlar Tanrı qanunları və ilahi nizamlanma barədə bilgilənmək üçün yönəldilib. Bu dəfə informasiya mənbəyi kimi yenə dünya dinləri örnək seçilib, islam və buddizm. İngilislərin təqdimatında iştirakçılar üçün maraqlı bir metod işlənib hazırlanıb, hər şey də könüllülük prinsipi əsasında. Təşkilatçıların köməyilə turda iştirak edən şəxslər öncə “Bir aylığa müsəlman olun. Hər gün beş dəfə namaz qılın, oruc tutun” şüarını əsas götürüb, bütün prinsiplərə əməl edəcəklər. İslam dinini hərtərəfli öyrənməyə çalışanlar, şəriətin buyruqlarına əməl etməyə hazır olanlar bir ay müddətinə  müsəlman kimi yaşamaq üçün yollanacaqlar Türkiyəyə.
    İngilislər həm də haqqında çox şey bilmək istədikləri Mövlana Cəlaləddin Ruminin “Eşq”inə gələcəklər, onu İstanbulda tanısınlar deyə. Bir ay ingilis müsəlmanlar içki içməyəcək və donuz əti yeməyəcəklər. Onlar hər gün məscidə gedib beş dəfə namaz qılacaq, oruc tutacaq və qüsllərini pozmayacaqlar. Bir aydan sonra isə ingilislər yollanacaqlar Çinə, buddizmin şərtlərini öyrənməyə. Əgər İstanbuldan yola düşəndə hamısı bir ağızdan desə ki: “İlahi! Şeytanın şərindən Sənin rəhminə sığınıram, məni hifz et. Amin!”, Çində də qəlbləri, gözləri işığa düşəcək.

    Oqtay QORÇU

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 478
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2025
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    İyul.2025
    .......
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031