“Səsin eşidilsinâ€� - Milli Debat layihəsinə start verildi
“İrəliâ€� İctimai Birliyi və “Vətəndaş Cəmiyyətində Debatâ€� İctimai Birliyinin təşkilatçılğı ilə “Səsin eşidilsinâ€� adlı layihəyə start verilib. Layihədə Azərbaycanın bütün ali təhsil müəssisələri əhatə olunub. Bu barədə məlumatı KƏLAMİNFO-ya “İrəliâ€� İctimai Birliyindən veriblər.
Layihə maarifləndirici xarakter daşıyır. Layihə çərçivəsində gənclər arasında Qış Debat Turnirinin də keçirilməsi nəzərdə tutulub. Hər iki İB layihə çərçivəsində 31 ali təhsil müəssisəsində gənclərə “Karl Popperâ€� Debat formatı və natiqlik kursları keçirəcək.
Qeyd edək ki, “Səsin eşidilsinâ€� layihəsi 2010-cu ildən Azərbaycanın 12 bölgəsində fəaliyyət göstərən təhsil ocaqlarını əhatə edəcək. Universitetlərarası Karl Popper Debat formatı üzrə natiqlik turniri və I Milli Universitet Debat Forumunun mükafatçıları və məşqçiləri yayda keçirilməsi planlaşdırılan Yay Debat Məktəbində iştirak edəcəklər.