Vəfa Quluzadə: “İranın əlində imkan olsa Qarabağı Ermənistana verərdiâ€�
“Son günlər İranın Qarabağ kartından istifadə edərək Azərbaycan- Ermənistan arasındakı döyüşlərdə özünü ciddi şərik kimi qələmə verməsi ağ yalandır. İran Qarabağda heç nə etməyibâ€�. Bunları “KƏLAMİNFOâ€�ya müsahibəsində politoloq Vəfa Quluzadə bildirib. Politoloq deyib ki, İranın mücərrəd illuziyalarına aldanmağın yeri yoxdur. “Çünki Rusiya gəlib bütün torpaqları tutub, İranda oturub yerində. İran bunun əvəzində ermənilərə neft, yağ və yemək verib. Levon Ter-Petrosyan da öz bəyanatında etiraf edib ki, İran olmasaydı, Ermənistan artıq çökmüşdü. İranın Qarabağla bağlı danışıqlarda yeri yoxdurâ€�,-deyə V.Quluzadə vurğulayıb. Politoloq deyib ki, onların bizə qarşı münasibətləri mənfidir.
“İranın əlində imkan olsa, Qarabağı da, qalan torpaqlarımızı da Ermənistana verərdiâ€�,-deyə o, əlavə edib.