Milli Kitab Mükafatı münsiflərin ballarını açıqlayıb
Milli Kitab Mükafatının təsisçisi Nigar Köçərli Münsiflər Heyətinin finala düşən 10 əsərə verdiyi balı açıqlayıb. “KƏLAMİNFOâ€� xəbər verir ki, MKM-in qalibi Pərvizin “Yad dildəâ€� əsərinə Niyazi Mehdi, Rafiq Əliyev, Cəmil Həsənli, Şahbaz Xuduoğlu, Rüstəm İbrahimbəyov, Elçin Şıxlı və Mehriban Ələkbərzadə 10 bal verib. MKM-dən imtina etmiş münsiflərdən Rəşad Məcid Pərvizə 7 bal, Çingiz Abdullayev 5 bal, Rəbiyyət Aslanova isə 3 bal verib. Vaqif Səmədoğlu isə heç bir səsvermədə iştirak etməyib.
Qeyd edək ki, Münsiflər Heyəti aşağıdakı şəxslərdən ibarət idi: Yazıçı Afaq Məsud, yazıçı Çingiz Abdullayev, ssenarist Rüstəm İbrahimbəyov, “Zerkaloâ€� qəzetinin baş redaktoru Elçin Şıxlı, kinorejissor Ramiz Fətəliyev, Xalq şairi Vaqif Səmədoğlu, BDU-nun professoru Rəbiyyət Aslanova, “525-ciâ€� qəzetinin baş redaktoru Rəşad Məcid, “Xəzərâ€� Universitetinin rektoru Hamlet İsaxanlı, aparıcı-jurnalist Nərgiz Cəlilova, prodüser Balakişi Qasımov, BDU-nun professoru Cəmil Həsənli, AMEA-nın müxbir üzvü Rafiq Əliyev, AİU-nın professoru Niyazi Mehdi, “Qanunâ€� Nəşriyyatının sahibi Şahbaz Xuduoğlu, kinorejissor Ayaz Salayev, rejissor Mehriban Ələkbərzadə.