Dövlət qulluğunda çalışmaq istəyənlər üçün keçiriləcək test imtahanında keçid həddi 5 bal aşağı salınıb. Bu, hazırkı - sonuncu müsabiqənin test mərhələsindən etibarən tətbiq ediləcək. Bu barədə məlumatı “KƏLAMİNFOâ€�ya müsahibəsində Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın (DQMK) Dövlət qulluğuna kadrların seçilməsi şöbəsinin müdiri Rauf Məcidbəyli söyləyib.
R.Məcidbəyi xatırladıb ki, əvvəl namizədlər 6-7-ci təsnifatlar üzrə 100 baldan 80-ni toplamalı idi. Onun sözlərinə görə, hazırda bu keçid balı 75 olub: “Bu da namizədlərin xeyrinə olan bir işdirâ€� deyən R.Məcidbəyli bildirib ki, sonuncu müsabiqədən test imtahanlarını yeni üsulla aparacaqlar.
Qeyd edək ki, axırıncı müsabiqə mayın 27-də elan olunub. Müsabiqəyə 72 dövlət orqanı üzrə 627 vakant vəzifə çıxarılıb.