Nazir: “Azərbaycanda özəl sektor üçün məişət tullantılarının təkrar istehsalı sərfəli deyilâ€�
“Bu gün Azərbaycanda özəl sektor üçün məişət tullantılarının təkrar istehsalı sərfəli deyilâ€�. “KƏLAMİNFOâ€� xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov bildirib.
O, qeyd edib ki, özəl şirkətlər çeşidlədikləri zibilləri Zibil Emalı Zavoduna təhvil verib, bundan gəlir götürə bilərlər. “Balaxanıda tikiləcək Zibil Emalı Zavodunda zibil çeşidləmə müəssisələrinin tikilməsi nəzərdə tutulur. Özəl şirkətlər çeşidlərə ayrılan zibilləri həmin zavoda təqdim edərək, həm gəlir qazana bilər, həm də ətraf mühitin tullantılardan azad olunmasına yardım edərlərâ€�,-deyə nazir vurğulayıb.