Qəbul imtahanlarının ikinci mərhələsi iyunun 26-da Bakı, Naxçıvan və Gəncədə keçiriləcək
Magistraturaya qəbul imtahanının 1-ci mərhələsinin nəticələrinə görə, müsabiqə şərtlərini ödəyən bakalavrlar imtahanın ikinci mərhələsinə buraxılıb. “KƏLAMİNFOâ€� xəbər verir ki, bu sözləri Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, bakalavrlar iyunun 8-dən 15-dək elektron ərizələrinə daxil olaraq, bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramında ixtisaslaşmaları seçib, təsdiq etdirməlidirlər. “Qəbul imtahanlarının ikinci mərhələsi iyunun 26-da Bakı, Naxçıvan və Gəncə şəhərlərində keçiriləcəkâ€�,-deyə TQDK sədri vurğulayıb. O, həmçinin bakalavrların iyunun 23-dən 25-dək öz elektron ərizələrinə daxil olaraq, ikinci mərhələ üçün “bakalavrın imtahana buraxılış vərəqəsiâ€�ni çap edib, götürməli olduqlarını da bildirib.
Xatırladaq ki, magistraturaya qəbul imtahanının 1-ci mərhələsi fevralın 20-də keçirilib.