“Təbəssümâ€� Ukraynada xüsusi diplomlara layiq görülüb
Ukraynanın Kiyev şəhərində keçirilən “Günəşli şabalıdâ€� II Beynəlxalq Xeyriyyə Festivalına Azərbaycan rəqsi də qatılıb. Musiqili Komediya Teatrından “KƏLAMİNFOâ€�ya verilən xəbərə görə, “Paytaxt günləriâ€� çərçivəsində “Vitaminlərâ€� rəqs qrupunun təşkilatçılığı ilə keçirilən festivalda ölkəmizi teatrın nəzdində fəaliyyət göstərən “Təbəssümâ€� rəqs qrupu təmsil edib.
Beş xarici ölkənin qatıldığı festivalın açılışı İvan Franko adına Dram Teatrında olub. Azərbaycan Milli rəqslərini ifa edən istedadlı rəqqaslarımız bu mötəbər festivalda etimadı doğruldaraq Ukrayna Mədəniyyət Nazirliyi, Kiyev şəhər meri və “Xoreoqrafiya birliyiâ€�nin xüsusi diplomlarına layiq görülüb.
Xatırladaq ki, bu layihə Ukrayna Mədəniyyət Nazirliyinin dəstəyi ilə şəhər merinin rəsmi tədbirləri silsiləsinə, eyni zamanda Kiyev günləri proqramına daxildir.