Gənc Tamaşaçılar Teatrının iyun repertuarında nələr olacaq?
Dövlət Gənc Tamaşaçılar Teatrı növbəti ay üçün öz repertuarını müəyyənləşdirib. Teatrın baş rejissoru Cənnət Səlimovanın “KƏLAMİNFOâ€�ya verdiyi məlumata görə, artıq təqdim olunacaq tamaşaların afişası da hazırdır.
Cari ilin iyunun 4-də Y.Şvartsın “İfritin kələyiâ€�, Ə.B Haqverdiyevin “Pəri Caduâ€�, 5-də Ş.Perronun “Çəkməli pişikâ€�, K.Hamsunun “Viktoriyaâ€�, 11-də B.Marvinin “Yatmış gözəlâ€�, İ.Fəhmi və O.Kazıminin “Axırıncı qatarâ€�, 12-də A.Şaiqin “Tıq-tıq xanımâ€�, T.Vəliyevanın “Mənim ağ göyərçinimâ€�, 18-də X.Əlibəylinin “Dovşanın ad günüâ€�, M.F.Axundovun “Hekayəti Xırs quldurbasanâ€�, 19-da Azərbaycan xalq nağılı “Göyçək Fatmaâ€�, C.Cabbarlının “Aydınâ€�, 25-də Ərəb xalq nağılı “Ələddinin sehrli çırağıâ€�, Ə.Əmirlinin “Mən səni sevirəmâ€�, 26-da S. Marşakın “Pişiyin eviâ€�, H.Cavidin “Şeyx Sənanâ€� tamaşaları təqdim olunacaq.
Qeyd edək ki, Gənc Tamaşaçılar Teatrının afişasında yer alan bu tamaşalar göstərilən tarixlərdəki ardıcıllıq üzrə saat 12:00 və 19:00-da göstəriləcək.