Bakı Uşaq Teatrı Ərzurumdadır. Teatrın mətbuat xidmətindən “KƏLAMİNFOâ€�ya verilən məlumata görə, səfərin məqsədi Ərzurum Gənclik və İdman Bölgə Müdürlüyü və Ərzurum teatrının birgə layihəsi olan III Gənclik Mərkəzi Teatr Festivalında iştirak etməkdir. 31 may tarixinədək davam edəcək festivala BUT “Turpâ€� xalq nağılı əsasında “Gücümüz birliyimizdədirâ€� tamaşası ilə qatılıb.
Xatırladaq ki, keçən il festivala “Vətənâ€� tamaşası ilə qatılan teatr 28 May Respublika Günü münasibətilə festivaldan kənar dövlətçilik maraqlarına, dövlət atributlarımıza – himnimizə və bayrağımıza həsr olunmuş həmin tamaşasını bir daha məşhur Ərzurum Universitetində təqdim edəcək!