Politoloq: “Bu gün Azərbaycanın maraqlarına bu addım uyğun gəlirsə, onu da atırâ€�
“Azərbaycanın “Qoşulmamaq Hərəkatınaâ€� qoşulması daha çox Rusiya və İrandan olan təzyiqlərin qarşısının alınmasında müstəsna rol oynayacaqâ€�. Bu barədə “KƏLAMİNFOaâ€�ya müsahibəsində politoloq Rasim Ağayev bildirib.
O, qeyd edib ki, ola bilsin İranla hansısa münaqişə gözlənilir və ya faktiki olaraq Rusiya NATO-ya görə Azərbaycanı qısqanır. “Bu hər iki ölkəyə bir mesajdır ki, baxın biz neytralıq, ərazimizdən sizə təhlükə filan olmayacaqâ€�,-deyə ekspert vurğulayıb.
R.Ağayev qeyd edib ki, istənilən halda Azərbaycanın hansısa hərəkata qoşulması özünün müstəqil siyasətidir və buna görə Bakını heç kim ittiham edə bilməz. “Siyasət elə bir hadisədir ki, müxtəlif zamanda maraqlar da müxtəlif olur. Bu gün Azərbaycanın maraqlarına bu addım uyğun gəlirsə, onu da atır, bunu o qədər də mübahisə etməyə dəyməzâ€�,-deyə politoloq bildirib. O, həmçinin əlavə edib ki, belə bir hərəkata qoşulma Qarabağ münaqişəsinin həllində o qədər də ümidlər vermir.