Katolik kilsəsi ilə bağlı saziş ratifikasiya olunub
Milli Məclis bu gün “Azərbaycan Respublikası və Müqəddəs Taxt-tac arasında Katolik kilsəsinin Azərbaycan Respublikasında hüquqi statusu haqqındaâ€� sazişin təsdiq edilməsi barədəâ€� qanun layihəsi təsdiq edib. “KƏLAMİNFOâ€� xəbər verir ki, layihə haqqında məlumat verən Parlamentin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova sözügedən sazişin 8 maddədən ibarət olduğunu deyib. O bildirib ki, Azərbaycanın tolerant bir məkana çevrilib, Azərbaycanda islam dininə mənsub olan dini cərəyanlarla yanaşı pravoslav kilsəsi, sinaqoqlar, digər dini təriqətlərə məxsus olan ibadət yerləri fəaliyyət göstərir: “Bu Katolik kilsəsi ilə bağlı ayrıca sazişin olması və imzalanması o demək deyil ki, digər dinlər zəifdirlər, gücsüzdürlər. Hesab edilir ki, Katolik kilsəsi ilə bağlı belə sazişin imzalanması və ratifikasiyasına ehtiyac varâ€�.