Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti Ukraynada konfransa qatılacaq
Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyevanın rəhbərliyi ilə nümayəndə heyəti Yaltada keçiriləcək Kiyev Təşəbbüsü Regional Proqramının iştirakçı ölkələrinin Mədəniyyət Nazirlərinin konfransında iştirak edəcək. Nazirliyin Beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsindən “KƏLAMİNFOâ€�ya verilən məlumata görə, konfrans cari ilin 26-27 may tarixlərində Ukraynanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi çərçivəsində keçiriləcək.
Xatırladaq ki, konfrans zamanı “Kiyev Təşəbbüsü: inkişaf etməkdə olan mədəniyyətlərarası dialoq, mədəniyyət siyasəti və vətəndaş cəmiyyəti arasında sinerji – təcrübələr, problemlər və gələcək perspektivlərâ€�, “Kiyev təşəbbüsü regionlar üzrə mədəniyyət siyasəti: son zamanlar ərzində baş verən dəyişikliklər və çətinliklərâ€�, “Kiyev Təşəbbüsü: 2-ci Pilot Layihə: Tarixi şəhərlərdə mədəni irsin bərpa edilməsiâ€� və “Qara Dəniz və Cənubi Qafqaz regionu Mədəniyyət Nazirlərinin Şurası konsepsiyasıâ€� kimi sənədlər müzakirə olunacaq.
Avropanın mədəniyyət və Təbii İrsin qorunması ilə məşğul olan bir sıra təşkilatlarının yüksək çinli nümayəndələrinin iştirak edəcəyi konfransda Yalta Bəyannaməsinin təqdimatı və imzalanması da nəzərdə tutulub.