“NATO Azərbaycana doğru nə qədər addım atacaqsa, bu, cavabsız qalmayacaqâ€�
“Azərbaycanın NATO ilə münasibətdə “Qoşulmamaq hərəkatıâ€�na qoşulması Bakının qurum ilə əlaqələri kəsməsi demək deyilâ€�. Bunları “KƏLAMİNFOâ€�ya müsahibəsində politoloq Mübariz Əhmədoğlu bildirib. Politoloq deyib ki, NATO Azərbaycana doğru nə qədər addım atacaqsa, Azərbaycan da bu addımları cavabsız qoymayacaq. “Azərbaycan ağıllı, düşünülmüş siyasətə malik dövlətdir. Bu gün ortalığa çıxmış təhdidlərə reaksiya verməlidir. Azərbaycan hakimiyyəti xalqın təhlükəsizliyini təmin etməlidir. Bu gün hesab edir ki, bu addım atılmalıdır, bu addımı atırâ€�,-deyə M.Əhmədoğlu vurğulayıb. Ekspert həmçinin xatırladıb ki, NATO nə vaxtsa deyibmi ki, Azərbaycanı üzv görmək istəyir? “1995-1996-cı illərdə NATO bizi rədd etdi. Nəyə görə biz bəyan etməliyik ki, belə bir quruma üzv olmaq istəyirik? Rusiyanın, İranın, lap o tərəfdən də Çinin təziqlərini üstümüzə çəkək? Bu, niyə lazımdır? Mənə lazımdır sakitlik, təhlükəsizlik. Əlimə düşən bir tikə çörəyi camaatımla yeyim. İndiki dövrdə bu addımın atılması zəruridirâ€�,-deyə o, əlavə edib.