Faiq Qürbətov: “Turizm şirkətləri “Eurovisionâ€� qonaqlarının diqqətini bölgələrə yönəltməlidirâ€�
“Eurovision-2012â€� mahnı müsabiqəsinin Azərbaycanda keçirilməsi ölkəmizin turizm sahəsində inkişafına böyük təkan verəcək. “KƏLAMİNFOâ€� xəbər verir ki, bunu yap.org.az saytına açıqlamasında BMT-nin İnkişaf Proqramının turizmin inkişafı layihəsinin milli koordinatoru Faiq Qürbətov deyib. F.Qürbətov bildirib ki, bu hadisə Azərbaycanın turizm potensialının dünyaya nümayiş etdirilməsi baxımından da vacibdir. Onun sözlərinə görə, ölkəmizdə, o cümlədən Bakı şəhərində xeyli sayda otel mövcuddur: “Bu il bir neçə beşulduzlu otelin tikilib istifadəyə veriləcəyini nəzərə alsaq, Azərbaycan minlərlə əcnəbi turisti qəbul etməyə tam hazır olacaqâ€�.
Mütəxəssisin fikrincə, turizm şirkətləri əcnəbilər üçün yalnız şəhər daxilində deyil, bölgələrə, yəni tarixi-mədəni abidələrimizin olduğu yerlərə, gözəl təbiətə malik ərazilərə səfərlərini də təşkil etməlidir. Çünki bu amil yeni turist marşrutlarının açılması və xarici turistlərin ölkəmizə marağının artmasında əhəmiyyətli təsir göstərə bilər: “Azərbaycanda turizmin inkişafı ilə bağlı 2010-2014-cü illəri əhatə edən dövlət proqramı qəbul olunub. Eyni zamanda, 2011-ci il ölkəmizdə turizm ili elan edilib. Hər iki faktor ölkəmizdə turizmin inkişafına böyük təsir göstərəcək. Avropanın nüfuzlu mahnı yarışmasının Azərbaycanda keçirilməsi də ölkəmizin turizm potensialının təbliği baxımından böyük imkandırâ€�.