İqbal Ağazadə: “Amnistiya qəbul etməklə onların “dilini balacalatmaqâ€� olarâ€�
“Mənə elə gəlir ki, beynəlxalq aləmdə Azərbaycanın əleyhinə işləyənlərin qarşısını almaq üçün ciddi addımlar atmağın vaxtıdırâ€�. Bu barədə “KƏLAMİNFOâ€�ya müsahibəsində “Ümidâ€� partiyasının sədri, millət vəkili İqbal Ağazadə bildirib.
İ.Ağazadə deyir ki, bu gün beynəlxalq miqyasda dövlətimizin əleyhinə işləyən kifayət qədər fakt var. “Hakimiyyət bu barədə ciddi düşünməlidir. Mənə elə gəlir ki, istər Avropa İttifaqından, istərsə də digər beynəlxalq qurumlardan ara-sıra üzərimizə gələn ədalətsiz bəyanatlara sözlə cavab verməkdənsə, addımlar atmaq lazımdır. Məsələn, mayın 28-i amnistiya aktı qəbul edib, onların “dilini balacalatmaqâ€� olar. Əks halda Avropa Parlamentinin Azərbaycan haqqında qəbul etdiyi yersiz qətnamələrə başqa cür “durâ€� demək olmayacaqâ€� - deyə millət vəkili vurğulayıb.