Əməkdar incəsənət xadimi Vaqif İbrahimoğlu vəfat edib
Əməkdar incəsənət xadimi, Dövlət Yuğ Teatrının baş rejissoru Vaqif İbrahimoğlu mayın 12-də vəfat edib. “KƏLAMİNFOâ€� xəbər verir ki, görkəmli rejissor uzun sürən ağır xəstəlikdən sonra evində dünyasını dəyişib. Ağciyərində problem yaranan rejissor Ankaradakı Qazi Universitetinin xəstəxanasında uzun müddət müalicə olunub, bu il yanvarın 20-də vətənə dönüb.
Vaqif İbrahimoğlu 18 oktyabr 1949-cu ildə Bakı şəhəri Mərdəkan qəsəbəsində anadan olub. 1989-cu ildən «YUG» Teatrının bədii rəhbəri vəzifəsində çalışıb. 22 may 1991-ci ildə Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi fəxri adı ilə təltif olunub. 2006-cı ildə Prezident mükafatına layiq görülüb. Azərbaycan prezidentinin fəxri təqaüdçüsü olub.