Misir Mərdanov: “Dövlət imtahanlarını tam olaraq ləğv etməmişikâ€�
“Dövlət imtahanları və buraxılış işini tam olaraq ləğv etməmişik. Biz sınaq üçün Xarici Dillər Universitetində bunu həyata keçirdikâ€�. “KƏLAMİNFOâ€� xəbər verir ki, bu barədə təhsil naziri Misir Mərdanov jurnalistlərə açıqlamasında bildirib. Nazirin sözlərinə görə, bu sistem özünü doğrultsa, gələcəkdə digər universitetlər də bu sistemə keçə bilər: “Əgər tələbə 4 il ərzində nəzərdə tutulan kreditləri tam ödəyə bilibsə, onları biz əlavə imtahandan azad edirik. Bu işin mahiyyəti bundan ibarətdirâ€�.
Nazir, həmçinin ödənişli təhsil haqqının qaldırılması ilə bağlı fikirlərin tam dəqiq olmadığını bəyan edib. Nazirliyin gəldiyi qərar budur ki, dövlət sifarişi hesabına qəbul olunanların dövlət tərəfindən ödənilən təhsil xərcləri ödənişli təhsil xərcindən aşağı olmasın. O, bu təklifin Maliyyə və İqtisadi İnkişaf nazirliklərinə təqdim olunduğunu və bu barədə müvafiq qərarın qəbul ediləcəyini qeyd edib.