Xalq çalğı alətlərimizin xaricə satışı qadağan olunacaq
Bundan sonra kütləvi istehsal olunan çalğı alətlərindən üstünə “Azərbaycanâ€� sözü yazılmayanı ölkə xaricinə ixrac olunmayacaq. “KƏLAMİNFOâ€� xəbər verir ki, bu, Milli Məclisdə yeni hazırlanan “Azərbaycanın muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqındaâ€� qanun layihəsində nəzərdə tutulub.
Qanun layihəsinin 6.2 maddəsində qeyd olunur ki, Azərbaycanda kütləvi istehsal olunan xalq çalğı alətlərinə “Azərbaycanâ€� sözü nəqş edilir və belə seçdirməsi olmayan Azərbaycan xalq çalğı alətlərinin ölkə xaricinə çıxarılmasının qarşısı alınır.