Mayın 10-da Musiqili Komediya Teatrı premyera keçirəcək. Gənc Tamaşaçılar Teatrında baş tutacaq “Xanumaâ€� adlı tamaşanın quruluşu gürcü rejissoru Koça Kohanadzeyə məxsusdur. Teatrdan “KƏLAMİNFOâ€�ya verilən məlumata görə, iki hissəli operettada baş rolu Xalq artisti Afaq Bəşirqızı oynayacaq. Bundan əlavə, Xanım Qafarova, Ələkbər Əliyev, Naibə Orucova, Əzizaga Əzizov və b. aktyorlar da tamaşada rol alıblar.