Suraxanıda korrupsiyaya qarşı mübarizəyə həsr olunan müşavirə keçirilib
Suraxanı rayon İcra Hakimiyyətində korrupsiyaya qarşı mübarizə sahəsində görülən işlərin müzakirəsinə həsr olunan müşavirə keçirilib. Müşavirədə yerli icra hakimiyyəti orqanı, rayon ərazisində yerləşən dövlət idarə, təşkilatların rəhbərləri və əməkdaşları iştirak edib.
Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyadan (DQMK) “KƏLAMİNFOâ€�ya verilən məlumata görə, müşavirə “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyaâ€�nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planının (2007-2011-ci illər) tələblərinə uyğun keçirilib.
Müşavirədə DQMK-nin Dövlət qulluğuna kadrların seçilməsi şöbəsinin müdir müavini Rauf Məcidbəyli “Dövlət qulluqçularının etik davranış qaydalarının ümumi əsaslarıâ€� və Hüquq sektorunun müdiri Vüqar Əsgərov “Korrupsiyaya qarşı mübarizə və maraqlar toqquşmasının qarşısının alınmasıâ€� mövzularında təqdimatla çıxış ediblər.