“İRƏLİâ€� İctimai Birliyi Azərbaycanda ilk dəfə təqdim olunan geniş auditoriyalı açıq seminar təlim metodunun tətbiqinə start verir. Bu silsilədən ilk təlim aprelin 30-da “e-ticarətâ€� mövzusunda keçiriləcək. “İRƏLIâ€� İB-nin mətbuat katibi Aynur Həsənzadənin “KƏLAMİNFOâ€�ya verdiyi məlumata görə, tədbirə e-ticarətin növləri, e-ticarət anlayışı haqqında məlumatlar əldə etmək, öz e-biznesini qurmaq, iş yerlərində və ya gələcək iş həyatında e-ticarəti tətbiq etməyin sirlərini öyrənmək istəyənlər dəvətlidir.
Təlim Xəzər Universitetində “Golden Payâ€� şirkətinin rəhbəri Farid İsmayılzadə tərəfindən tam ödənişsiz keçiriləcək.