Britaniya şahzadəsinin toy mərasimini 1000-ə yaxın polis əməkdaşı qoruyacaq
Şahzadə Uilyam və Keyt Middltonun toy mərasimini təqribən 1000-ə yaxın «bobbi» - polis əməkdaşı qoruyacaq. «MIGnews.com»un məlumatına görə, onlar Londonun mərkəzi meydanı, Bukinqem sarayı və Vestminister abbatlığının təhlükəsizliyə cavabdeh olacaqlar.
Belə ki, son günlər Britaniya taxt-tacının vəliəhdinin təntənəli mərasiminə qarşı hədələr edilir. “KƏLAMİNFOâ€� xəbər verir ki, polislərin bir qrupu mülki formada əhalinin arasında asayişin keşiyində olacaq.
Artıq Vestminister abbatlığına tamaşaçılar və KİV nümayəndələri axışmaqdadır. Toy mərasimi aprelin 29-da keçiriləcək.