Bu gündən abituriyentlərin sənədlərinin qəbulu başlayır
Bu gündən etibarən ali məktəblərə ərizə verən abituriyentlər sənədlərini müvafiq Sənəd Qəbulu Komissiyalarında təsdiq etdirə bilərlər. Bu barədə məlumatı “KƏLAMİNFOâ€�ya Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən veriblər. Ərizələrin təsdiqi üçün ayrılan vaxt mayın 31-də başa çatacaq. Ali və orta təhsil məktəblərinə (tam orta təhsil bazasında) qabiliyyət imtahanı iştirakçılarının qeydiyyatı da bu gün başlayır və mayın 31-də başa çatır. Abituriyentlər qeydiyyata alınmaq üçün müvafiq Qabiliyyət İmtahanı Komissiyasına tələb olunan sənədləri və yaradıcılıq fəaliyyətinə dair işləri təqdim etməlidirlər.